Model və realiti-şou ulduzu Kim Kardaşyanın malikanəsindən oğurluq edilib.
Globalinfo.az bu barədə TMZ məlumat yayıb.
27 yaşlı şəxs Kim Kardaşyanın Kaliforniyanın “Hidden Hills” bölgəsində yerləşən evinə girib.
Mühafizəçinin sözlərinə görə, o, oğrunun evdən əşyalar çıxararaq avtomobilə yüklədiyini görüb.
Daha sonra şübhəli şəxs Kardaşyana məxsus əməkdaşın avtomobilinə əyləşərək ətraf ərazidə hərəkət edib.
Mühafizəçi polisə məlumat verib və hüquq-mühafizə orqanları həmin şəxsi saxlayıb.
Polisin məlumatına görə, şübhəlinin üzərində silah olmayıb və hadisə zamanı heç kim xəsarət almayıb.
O, oğurluq məqsədilə yaşayış evinə qanunsuz daxil olmaqda şübhəli bilinərək həbs edilib.
Kardaşyana yaxın mənbələr bildiriblər ki, təmir işləri davam etdiyi üçün o və övladları hazırda həmin evdə yaşamırlar. Məşhur model və ailəsi son bir neçə aydır kirayə götürülmüş malikanədə qalır.
Bildirilir ki, “Hidden Hills”dəki evdə hazırda Kardaşyana məxsus heç bir əşya yoxdur.
Əliyar Xəlil
Globalinfo.az