Kamala Harris ABŞ Konqresində ifadə verəcək

Kamala Harris ABŞ Konqresində ifadə verəcək

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris və sabiq prezidentin həyat yoldaşı Cil Bayden Ağ Evin keçmiş rəhbəri Co Baydenin koqnitiv sağlamlığı ilə bağlı aparılan təhqiqat çərçivəsində Konqresə ifadə verməyə çağırılacaqlar.

Globalinfo.az xəbər verir ki, bu barədə konqresmen Bayron Donalds “Fox News” telekanalında bildirib.

Donalds Baydenin prezidentliyi dövründə verilən bütün avto-imza əfvlərinin qanunsuz olduğunu söyləyib.

Bundan əvvəl ABŞ-da Baydenin adından qeyri-qanuni sənədlər imzalayan Ağ Ev işçilərinin müəyyən edildiyi bildirilmişdi. Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatı Komitəsinin sədri, respublikaçı Ceyms Komerin sözlərinə görə, onlar ümumilikdə dörd nəfər olub.

Tahir Turan
Globalinfo.az