İtkin düşənlərin meyit qalıqlarının 75 %-i buradadır

İtkin düşənlərin meyit qalıqlarının 75 %-i buradadır

“Bizdə olan məlumata görə, itkin düşmüş şəxslərin cəsədlərinin qalıqlarının 75 %-i azad olunan ərazilərdədir”.

Globalinfo.az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) itkin düşmüş şəxslərlə əlaqədar proqramın rəhbəri Samir Hacımustaviç media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

“Axivdə olan məzarlıq yerləri barədə aidiyyəti qurumlara məlumat vermişik. Ümumilikdə 400-dən çox mümkün dəfn yeri müəyyən edilməklə onlardan 23-ü yüksək dəqiqlikli, 64-ü orta və 320-si aşağı dəqiqlikli yerlər kimi təsnif edilib”, deyə o bildirib.

Ayşən Mustafa
Globalinfo.az