IMG 20250503 WA0082

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının növbəti toplantısı baş tutub.

Globalinfo.az xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, sədr müavini Elşad Əliyev, eləcə də Norveç, Danimarka, Finlandiya və İsveçin müxtəlif şəhərlərindən gəlmiş 150 nəfərə yaxın soydaşımız iştirak edib.

Toplantı çərçivəsində Koordinasiya Şurasının yeni rəhbərliyinin seçilməsi məqsədilə keçirilən səsvermənin nəticələrinə əsasən, İsveçdə fəaliyyət göstərən Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova və Ayda Əmir Haşimi qurumun yeni həmsədrləri elan olunublar.

Tədbirin sonunda diaspor fəaliyyətində xüsusi xidmətləri ilə seçilən şəxslər mükafatlandırılıb. Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova, “Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbili, “və ana dili müəllimi Sevinc Nəymətova Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətinə görə” medalı ilə təltif olunublar.

Bu əlamətdar toplantı, Skandinaviya regionunda yaşayan azərbaycanlıların birliyinin və təşkilatlanmasının daha da möhkəmləndirilməsinə töhfə verən mühüm bir hadisə kimi qiymətləndirilir.

IMG 20250503 WA0085 IMG 20250503 WA0084 IMG 20250503 WA0083

Paylaş: