İsrailin hava limanına hücum: Gərginlik artdı

İsrailin hava limanına hücum: Gərginlik artdı

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatına bağlı husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına raketlə hücum ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yahya Sariya məlumat verib.

Bildirilir ki, hücumFələstin-2” adlı hipersəs sürətli ballistik raketlə həyata keçirilib.

Qeyd edək ki, husilər müntəzəm olaraq İsrailə məxsus obyektlərə zərbələr endirdiklərini bildirirlər.

Əliyar Xəlil

Globalinfo.az