İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ı silahları təhvil verməyə və girovları azad etməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Katz “X” platformasında paylaşım edib.
İsrailli nazir paylaşımında yazıb:
“Bu, HƏMAS-a son xəbərdarlığımızdır. Girovları azad edin və silahlarınızı yerə qoyun. Əks halda Qəzzanı məhv edəcəyik, sizi də məhv edəcəyik.”
Qeyd edək ki, Katzın bəyanatı ABŞ Prezidenti Donald Trampın HƏMAS-a girovlarla bağlı çağırışından sonra yayımlanıb.
Tramp “Hər kəs girovların evlərinə qayıtmasını istəyir. Hamı müharibənin bitməsini istəyir. İsraillilər mənim şərtlərimi qəbul etdilər, indi də HƏMAS-ın onları qəbul etmə vaxtıdır”, – deyə mesajında qeyd edib.
HƏMAS isə bildirib ki, atəşkəs razılaşması ilə bağlı Qətər və Misir vasitəçiləri üzərindən ABŞ-dan bəzi fikirlər alıb.
Tahir Turan
Globalinfo.az














