Qəzzada altı israilli girovun cəsədi tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Today in Israel” portalı məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunisdə gecə əməliyyatı zamanı altı israilli girovun cəsədini aşkarlayıb.
“Tapılanlar arasında Aleks Danziq (75 yaş), Yagev Bucshtab (35 yaş), Çaim Peri (79 yaş), Yoram Metzger (80 yaş), Nadav Popplewell (51 yaş) və Abraham Munder (78 yaş) var. Hazırda 251 girovdan 105-nin Qəzzada qaldığı, o cümlədən ölümləri təsdiqlənən 34 qurbanın cəsədinin olduğu güman edilir. HƏMAS 2014 və 2015-ci illərdə Qəzza zolağına girmiş iki mülki İsrail vətəndaşını, həmçinin 2014-cü ildə öldürülən iki İsrail əsgərinin cəsədlərini saxlayır”, – deyə məlumatda bildirilir.
Müşviq Tofiqoğlu
Globalinfo.az














