İsraildə silahlı hücum: ölənlərin sayı artdı

İsraildə silahlı hücum: ölənlərin sayı artdı

Yerusəlimin Ramot bölgəsində terror aktı nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.

***12:24

Qüdsün Ramot bölgəsində silahlı hücumda 4 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Yaralananlar xəstanaxalara yerləşdirilib.

Onlardan 5-nin vəziyyəti ağır olaraq qalır.

Rəsmilər iki terrorçunun zərərsizləşdirildiyini bildirib.

X X X

Qüdsün Ramot bölgəsində silahlı insident baş verib.

Globalinfo.az xəbər verir ki, nəticədə 15 nəfər yaralanıb.

Onlardan 6-nın vəziyyəti ağırdır.

Məlumata görə silahlı hücumu törədən şəxslər iki nəfər olub və onlar hadisə yerində zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İsraildə silahlı hücumda 4 nəfər ölüb, yaralıların vəziyyəti ağırdır - VİDEO - YENİLƏNİB