İsrail ehtiyatda olan əsgərlərin genişmiqyaslı səfərbərliyinə başlayır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Qalei Tzahal” radiosu məlumat yayıb.
“Ordu 40 minə yaxın ehtiyatda olan əsgəri çağıracaq”, – deyə bildirilib.
Bundan əvvəl avqustun 29-da İsrail ordusunun sözçüsü Aviçai Edri qeyd edib ki, Təl-Əviv Qəzza şəhərində hücuma hazırlığa başlayıb və onun kənarında döyüşlərin intensivliyini artırıb.
Avqustun 22-də İsrailin Baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatının strukturunu ləğv etmək planlarını təsdiqləyib.
Əliyar Xəlil
Globalinfo.az