İsrail Silahlı Qüvvələri İranın ali rəhbəri Seyid Əli Ayətullah Xameneinin müşaviri Əli Şamxaninin evinə hücum edib.
Globalinfo.az xəbər verir ki, Şamxani mesaj yayaraq bu məlumatı təsdiqləyib.
O, İranın Ali rəhbəri Əli Xameneiyə səslənərək sağ olduğunu bildirib.
“Sağam və qurban verməyə hazıram. İranın adı tarixdə həmişə parlayacaq, şəhidlərin təbəssümü sabahımızın güzgüsü olacaq”, – Şamxani söyləyib.
Qeyd edək ki, iyunun 13-də Əli Şaxmaninin ölüm xəbəri yayılmışdı.
Əliyar Xəlil
Globalinfo.az














