İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani gələn həftə Rusiyaya səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyinin Asiya Departamentinin direktoru Zamir Kabulov deyib. O, Şamxaninin Rusiyada Əfqanıstandakı vəziyyət və İran ətrafındakı situasiya ilə bağlı müzakirələr aparacağını bildirib. Bununla belə, Kabulov İrana hücum məsələsinin gündəmdə olmayacağını söyləyib.
Qeyd edək ki, Şamxani İrana yanvarın 29-da hücumun həyata keçirilməsindən əsas informasiya mənbəyi sayılır. Məhz onun nəzarətindəki media orqanları kütləvi hücumun detalları ilə bağlı məlumatların ictimaiyyətinə sızdırılmasına nəzarət ediblər.
Bundan öncə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Moskvaya səfəri nəzərdə tutulsa da o, son anda ləğv edilmişdi.
İlkin
Globalinfo.az