İranla müharibənin nəticələri İsrail üçün yeni sülh imkanları yaradıb və fürsətlər boşa çıxmamalıdır.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Bu qələbə sülh sazişlərinin əhəmiyyətli dərəcədə genişləndirilməsi üçün imkan yaradır. Bu istiqamətdə böyük həvəs və enerji ilə çalışırıq. Girovların azad edilməsi və HƏMAS-ın məğlubiyyəti ilə yanaşı, əlimizdə qaçırılmaması gərəkən bir fürsət pəncərəsi var. Bir günü belə israf edə bilmərik”, – deyə Netanyahu vurğulayıb.
Daha əvvəl “Israel Hayom” qəzeti adının açıqlanmasını istəməyən mənbəyə istinadla yazıb ki, Netanyahu və ABŞ Prezidenti Donald Tramp bu həftə telefon danışığı zamanı Qəzza müharibəsinə iki həftə ərzində son qoyulması planı üzərində razılığa gəliblər.
Nəşrin məlumatına görə, bu plan çərçivəsində İsrailin ərəb qonşuları ilə imzaladığı “İbrahim sazişləri”nin genişləndirilməsi nəzərdə tutulur. Bu sazişlərə Səudiyyə Ərəbistanı və Suriya da qoşula bilər.
Aysel Əliyeva
Globalinfo.az














