İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi İranın hücumundan sonra təcili iclas keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş Təl-Əvivdə baş tutacaq.
“Baş Qərargah rəisi hazırda Kiriya kompleksində (Təl-Əvivin şərqində Müdafiə Nazirliyi, ordu və təhlükəsizlik qüvvələrinin binaları kompleksi – red ) vəziyyəti qiymətləndirmək üçün müşavirə keçirir”, – məlumatda vurğulanıb.
Qeyd olunur ki, İran raketləri Qəzzada İsrail tanklarını vurub. İranın bəzi raketləri Qəzza zolağının Netzarim bölgəsinə düşüb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














