İsrail ordusu Suriya ərazisinə GİRDİ: Sərhəddə nə baş verir?

İsrail ordusu Suriya ərazisinə GİRDİ: Sərhəddə nə baş verir?

İsrail ordusuna məxsus zirehli texnika bu gün Suriya ilə sərhəd bölgəsində hərəkətə keçib.

Globalinfo.az-ın yerli mənbələrə istinadən verdiyi məlumata görə, hərbçiləri daşıyan 4 zirehli maşın, bir texnika qoşqusu və bir nəqliyyat vasitəsindən ibarət avtomobil karvanı Məcdəl-Şəms şəhəri istiqamətində hərəkət edərək sərhəd xəttini keçib.

Karvan sərhəd hasarının yaxınlığından keçən yol boyunca irəliləyərək sərhəd qapısını açdıqdan sonra Suriya ərazisinə daxil olub. Hadisə bölgədə vəziyyətin gərginləşməsinə səbəb olub və geniş rezonans doğurub.

Rəsmi Təl-Əviv və ya Dəməşq tərəfindən insidentlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Tahir Turan
Globalinfo.az