İsrail müharibədə nə qədər əsgərini itirib? – STATİSTİKA

İsrail ordusu müharibədə ölən və yaralanan əsgərlərinin sayını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Qəzza zolağına hücumların başladığı 7 oktyabr tarixindən bu yana 566 İsrail əsgəri həyatını itirib. Onlardan 229-u quru döyüşlərində həlak olub.

Qəzza zolağına hücumlar başlayandan yaralanan əsgər və zabitlərin sayı 2864-ə yüksəlib.

Bildirilib ki, Qəzzaya hücumlar zamanı 434 əsgər ağır, 764 hərbçi orta, 1684 əsgər isə yüngül formada yaralanıb. Yaralıların 1326 nəfəri məhz quru hücumları zamanı sağlamlığını itirib.

Hazırda ümumilikdə 344 əsgər və zabitin xəstəxanalarda müalicəsi davam etdirilir.

İsrailin Qəzza zolağına hucumlarında isə 28340 fələstinli həlak olub, 67984 nəfər isə yaralanıb.

Əliyar Xəlil
Globalinfo.az