İyunun 6-na keçən gecə İsrail ordusu Livan boyu bir neçə hədəfə zərbələr endirib, nəticədə çoxlu itki var.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Al Mayadin” məlumat yayıb.
“Livanın cənubundakı Vadi Hilo bölgəsində yuyucu toz fabrikinə zərbə nəticəsində 4 nəfər yaralanıb. Bundan bir neçə saat əvvəl Livanın cənubundakı Bint-Ceybel şəhəri yaxınlığında Beyt Yahunuya edilən hava hücumu nəticəsində isə 7 nəfər yaralanıb. İsrail aviasiyası Siddiqin, Adçit, Odayse və Kunin şəhərlərini də hədəf alıb”, – məlumatda deyilir.