İsrail İrana qarşı hərbi əməliyyatı illərlə hazırlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti yazıb.
Qəzet üç anonim israilli yüksək vəzifəli şəxsə istinadən bildirir ki, əməliyyatın hazırlığı zamanı İranın nüvə obyektləri, silahlı qüvvələrinin rəhbərliyi və nüvə sahəsində çalışan alimlər barədə geniş məlumat toplanıb.
Məlumata görə, bu detallı kəşfiyyat məlumatları İsrailin hərbi kəşfiyyatı ilə “Mossad” xüsusi xidmət orqanı tərəfindən birgə toplanıb.
İsrailin Baş naziri Benyamin Netanyahu isə bildirib ki, əməliyyatın planlaşdırılması 2024-cü ilin noyabrında başlanıb və ilkin olaraq hücumun 2025-ci ilin aprelində baş tutması nəzərdə tutulurdu.
Aysel Əliyeva
Globalinfo.az














