İyulun 17-si gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda yerləşən Süveyda vilayətinə aviazərbələr həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Qeyd olunub ki, zərbələr əsasən Suriya ordusuna məxsus mövqelərə endirilib. Hava hücumlarının məqsədi bölgədə yaşayan druz icmasını qorumaq olduğu bildirilir.
İsrailin müdafiə naziri İsrael Kats zərbələrin Dəməşq rejiminə ciddi xəbərdarlıq xarakteri daşıdığını bildirib.
Zərbələr nəticəsində hədəf alınan obyektlər arasında hərbi qərargahlar və silah anbarlarının da olduğu bildirilir.
Qeyd edək ki, son günlərdə Süveyda bölgəsində Suriya ordusu ilə druz milisləri arasında toqquşmalar artıb. ABŞ və digər beynəlxalq vasitəçilərin təzyiqi ilə Suriya qüvvələrinin bölgədən geri çəkilməsi fonunda İsrailin bu zərbələri yeni gərginliyin siqnalı kimi qiymətləndirilir.
Tahir Turan