İsrail “Hizbullah”ın silah anbarını vurdu

İsrail "Hizbullah"ın silah anbarını vurdu

İsrail aviasiyası Livanın şərqindəki hədəflərə zərbələr endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters”ə təhlükəsizlik mənbələrindən məlumat verilib.

Bekaa vadisində ümumilikdə üç zərbə qeydə alınıb.

Hədəf Livanın Bekaa vadisindəki “Hizbullah” silah anbarı olub.

Zərbələr nəticəsində Hizbullahın raket və bomba bölmələrinin səhra komandiri Hüseyn Əli Hüseyn öldürülüb.

Müşviq Tofiqoğlu
Globalinfo.az