İsrail hərbçiləri Hizbullahın Livanın cənubundakı hərbi komplekslərinə hava hücumu həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail qırıcıları Hizbullahın raket buraxılış qurğusuna və hərbi komplekslərinə zərbə endirib. Hərbçilər həmçinin təhlükəni aradan qaldırmaq üçün Hanin yaxınlığındakı əraziləri atəşə tutub.
Eyni zamanda Livandan sərhəddəki İsrail bazasına doğru iki mərmi atılıb. Hərbçilər tələfat və dağıntı olmadığını açıqlayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














