İsrail Qəzzada genişmiqyaslı hərbi əməliyyata başlayacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciəti zamanı deyib.
Baş nazir əhaliyə müraciət edərək dərhal şəhəri tərk etmələrini tövsiyə edib.
“Bütün bunlar sadəcə başlanğıcdır, əsas intensiv əməliyyatların sadəcə ilkin mərhələsidir. Ordumuz toplaşır və əməliyyata hazırlaşır. Bu səbəbdən fürsətdən istifadə edərək sakinlərə deyirəm: “Sizə xəbərdarlıq edilib, dərhal ərazini tərk edin”, – Netanyahu bildirib.
Aysel Əliyeva
Globalinfo.az














