İsrail Beyrutda xəstəxananı vurdu – İki Hizbullah komandiri öldü

İsrail Beyrutda xəstəxananı vurdu - İki Hizbullah komandiri öldü

İsrail Livana 4 raket zərbəsi endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Beyrutun cənubunda Hizbullahın obyektlərinə endirilən raketlərdən biri qərargahdan 100 metr aralıda yerləşən Bahman xəstəxanasına düşüb.

Zərbələr nəticəsində iki Hizbullah komandiri öldürülüb.

Raketlərin düşdüyü yerdə bir neçə ev dağılıb, park edilmiş avtomobillərə ziyan dəyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az