Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsəd İsrailin hücumu zamanı öldürülməsi ilə bağlı yayılan xəbərlər təkzib edilib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, Suriya mediası da bu barədə yayılan xəbərləri təkzib edib, Mahir Əsədin səhhətinin yaxşı olduğunu, xəsarət almadığını və hələ də iş başında olduğunu bildirib.
Suriya hakimiyyəti onun ölümünü nə təsdiq, nə də təkzib edib.
***12:23
İsrailin hava zərbələri nəticəsində Mahir əl-Əsəd ölüb.
Globalinfo.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
***11:26
İsrailin raket hücumu nəticəsində Suriya Prezidenti Bəşər Əsədin qardaşı Maher Əsəd həlak olub.
Globalinfo.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, İsrailin son hava hücumları zamanı Dəməşq yaxınlığındakı Maher Əsədə məxsus Yafar villası hədəfə alınıb.
Məlumata görə, Maher Əsəd Suriya ordusunun dördüncü diviziyasının komandiri olub.
O da vurğulanır ki, məlumat təsdiq olunarsa, bu, Bəşər Əsədin də “yeni nizam”da dəyişiklik prosesinə daxil olacağı deməkdir.














