İsmayıllıda bir yaşlı körpə faciəvi şəkildə öldü

İsmayıllıda bir yaşlı körpə faciəvi şəkildə öldü

İsmayıllı rayonunda bir yaşlı körpə su quyusuna düşərək ölüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Diyallı kəndində qeydə alınıb.

2024-cü il təvəllüdlü Məmmədova Səma Sənan qızı həyətyanı sahədə olan su quyusuna düşərək həyatını itirib. Körpənin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.