İsrailin Qəzza zolağına endirdiyi hava hücumu nəticəsində “İslami Cihad”ın komandirlərindən biri məhv edilib.
Globalinfo.az xəbər verir ki, Fələstin “İslami Cihad”ın Qəzza zolağındakı mərkəzi briqadasının komandiri Məhəmməd Qətravinin öldürüldüyünü təsdiqləyib.
Açıqlamaya görə, Qətravi Qəzza zolağının mərkəzi hissəsindən İsrailə atılan çoxsaylı raket hücumlarında iştirak edib və bir çox digər hücumlara görə məsuliyyət daşıyıb.
İsrail ordusunun məlumatına görə, o, əvvəllər “İslami Cihad” mərkəzi düşərgəsi briqadasının komandir müavini və kəşfiyyatçı vəzifələrində çalışıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














