Elmira Axundova vəzifəsindən azad edilib? – Özü danışdı

Elmira Axundova vəzifəsindən azad edilib? - Özü danışdı

“İşdən ayrılacağımı heç özüm bilmirəm, insanlar haradan bilir?! Səfirlərin təyin olunması, geri çağırılması Prezidentin müstəsna səlahiyyətidir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova işdən çıxarılması haqda danışarkən deyib.

O bildirib ki, belə bir qərarı yalnız ölkə başçısı verə bilər:

“Bu məsələni müzakirə etmək etik deyil. Xəbəri kimin yaydığını yaxşı bilirəm. Amma yenə də deyirəm: qərarı cənab İlham Əliyev verəcək. Biz onun əsgəriyik, nə qərar versə, ona da hazırıq. Ortada nə qərar, nə təyinat, nə də geri çağırma var. Mən başqa nə deyə bilərəm? Sərəncam imzalananda hər kəs bunu biləcək”.

Qeyd edək ki, mediada Elmira Axundovanın vəzifəsindən azad ediləcəyi ilə bağlı xəbər yayılıb.

Zaira Akifqızı
Globalinfo.az