Ermənistan hakimiyyətinin Qarabağla bağlı mövqeyi bölgədə erməni əhalinin azalmasına səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Xüsusilə Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi olması, bu məsələyə Ermənistanın qarışmamalı olduğuna dair açıqlamaları Qarabağda təşvişə səbəb olub. Erməni əhalinin bölgəni yavaş-yavaş tərk etdiyi bildirilir. Erməni sakinlərin hüquq və təhlükəsizliyinin müdafiəsinin Azərbaycanın daxili məsələsi olması, Ermənistanın prosesə münasibət bildirməməsi əhalidə İrəvan hakimiyyətinə inamsızlıq yaradıb.
Qeyd edək ki, bir müddət öncə Qarabağda boşaldılan evlərin azərbaycanlılar və türklər tərəfindən satın alınmağa başladığı iddia edilmişdi.
Ayşən Mustafa
Globalinfo.az














