İrəvandan TƏCİLİ çağırış – Araik tezliklə Bakıya gətirilə bilər

İrəvandan TƏCİLİ çağırış – Araik tezliklə Bakıya gətirilə bilər

Ermənistan Baş naziri Nikol Paşinyanın 44 günlük müharibə ilə bağlı verdiyi ifadədən sonra Xankəndidəki separatçıların başçısı Arayik Arutyunyanın da İrəvana çağırılacağı açıqlanıb.

Globalinfo.az xəbər verir ki, erməni mediası Araikin 44 günlük mübaribə ilə bağlı yaradılmış istintaq komissiyasına çağırılacağını və ifadə verəcəyini yazıb. Artıq rəsmi dairələr də bunu təsdiq edib.

Hazırda sosial şəbəkələrdə bu prosesin necə icra olunacağı müzakirə edilir.

Separatçıların “Laçın” postundan keçməsi, keçsə belə geri dönməsi şübhəlidir. Odur ki, ya ermənilər Araiki dindirməyi unutmalıdırlar, ya da separatçı lider onlayn rejimdə ifadə verə bilər. Çünki digər variantda Arutyunyanın Laçından Ermənistana keçməsi yox, Bakıya gətirilməsi daha real görünür.

Tamerlan Yayaqan
Globalinfo.az