İrəvanın Baqramyan prospektində keçirilən etiraz aksiyası zamanı polis qumbaradan istifadə edib.
Globalinfo.az xəbər verir ki, nəticədə 7 nəfər xəsarət alıb.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xəsarət alanların sayının dəyişəcəyi istisna edilmir. Onların əksəriyyətinin ayaq nahiyəsindən xəsarət aldığı bildirilir.
Sosial şəbəkələrin erməni seqmentində barmaqları qopan, ayağa qalxaraq qumbaranı götürməyə çalışan etirazçıların görüntüləri yayılıb.
Bütün zərərçəkənlərin “Heratsi” Universitetinin xəstəxanasına yerləşdirildiyi bildirilib.
Zərərçəkənlər arasında polis əməkdaşlarının da olduğu açıqlanıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














