Ötən gün rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki ermənilərə verilmiş Ermənistan Respublikası vətəndaşlıq pasportunun müddəti başa çatdığı, bu səbəbdən pensiyaların verilişi, bank əməliyyatlarının yerinə yetirilməsində problemlərin olduğu bildirilmişdi.
Globalinfo.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyi bu gün vətəndaşlıq pasportları ilə bağlı çağırış edib.
Çağırışda pasport xidmətlərinin yay aylarında həddindən artıq yüklənmiş rejimdə işlədiyi, bu səbəbdən pasport əməliyyatlarını daha tez həyata keçirmək lazım olduğu bildirilib.
Qeyd edək ki, rəsmi Bakı Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşları olduğunu və onların reinteqrasiyasının zəruriliyini daha əvvəl bəyan edib. İrəvanın Qarabağdakı ermənilərə pasport verməyə çalışması prosesin ləngidilməsi məqsədi daşıyır.
Ayşən Mustafa
Globalinfo.az














