Rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki ermənilərə verilmiş Ermənistan Respublikası vətəndaşlıq pasportunun müddəti başa çatdığı üçün burada bank əməliyyatlarının həyata keçirilməsi mümkün deyil.
Globalinfo.az xəbər verir ki, bunu separatçı rejimin “ardarutyun” “partiyasının sədri” Arşak Abramyan deyib.
A.Abramyan bu səbəbdən bank kartlarının etibarlılıq müddətinin bitdiyini, pensiyaların verilişi və digər bank əməliyyatlarının həyata keçirilməsində problem yarandığını bildirib.
O bunda Ermənistan hakimiyyətini günahlandırıb, İrəvanın Xankəndidə yaşayan ermənilərlə maraqlanmadığını vurğulayıb.
Qeyd edək ki, rəsmi Bakı Qarabağdakı ermənilərə Azərbaycan pasportu verməyə hazır olduğunu, bu zəruri prosesin mümkün qədər tez həyata keçirilməsi gərəkdiyini daha əvvəl bəyan edib.
Ayşən Mustafa
Globalinfo.az