İrəvan məlumat yaydı: Azərbaycanın itkin düşmüş hərbçisi… – TƏCİLİ

Ermənistan Milli Təhlükəsizlik Xidməti azərbaycanlı hərbçinin sərhədi keçməsinə dair məlumat olmadığını bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə qurumdan Azadlıq Radiosunun erməni xidmətinə bildirilib.

Ermənistan MTX yeni informasiya olacağı halda məlumat veriləcəyini açıqlayıb.

Qeyd edək ki, iyunun 9-da Azərbaycan Müdafiə Nazirliyi Sədərək rayonunun Günnüt kəndi yaxınlığında Azərbaycan Ordusunun hərbçi qulluqçusu Ceyhun Tofiq oğlu Hüseynovun naməlum şəraitdə itkin düşdüyünü açıqlayıb. “Sputnik Ermənistan” isə bu gün Azərbaycan hərbçisinin Ermənistana keçdiyini iddia edib. Agentlik hərbçimizin Dərələyəzin Areni kəndi yaxınlığında saxlanıldığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az