İranlı nazirlə bağlı qərar: Vəzifəsinə başlayandan 193 gün sonra…

İranlı nazirlə bağlı qərar: Vəzifəsinə başlayandan 193 gün sonra...

İran parlamenti iqtisadiyyat nazirini vəzifəsindən uzaqlaşdırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu gün İran İslam Şurası Məclisində iqtisadiyyat və maliyyə naziri Abdolnaser Hemmatinin impiçmentinə dair məsələ müzakirəyə çıxarılıb.

Hemmati parlamentin açıq iclasında iştirak edib və bir sıra qanunvericilərin suallarını cavablandırmaq üçün kürsüyə çıxıb:

“O, nazirliyinin fəaliyyətindən və iqtisadi vəziyyətin pis idarə olunmasından şikayətlənib. İmpiçmentin yekununda 182 lehinə, 89 əleyhinə, 1 bitərəf olmaqla 272 səslə nazirin vəzifədən azad edilməsinə qərar verilib”.

Qeyd edək ki, səlahiyyətlərinin icrasına başlamasından 193 gün sonra Hemmatinin işinə xitam verilib.

Əliyar Xəlil
Globalinfo.az