İsrail İranın ballistik raket ehtiyatının əsas hissəsini məhv edib.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Son 24 saat ərzində yüksək səviyyəli hərbi komandirlər, nüvə fiziklərinin yüksək rütbəli nümayəndələri, İslam rejiminin uranın zənginləşdirilməsi üzrə ən önəmli obyekti və ballistik raket arsenalının əhəmiyyətli hissəsini məhv etmişik. Hələ davamı gələcək”, – Netanyahu vurğulayıb.
O, bildirib ki, İsrailin təhlükəsizliyi üçün bütün zəruri addımlar atılacaq və Tehran rejiminin hərbi potensialı neytrallaşdırılacaq.
Aysel Əliyeva
Globalinfo.az














