İranın nüvə obyektləri belə vuruldu – Pentaqondan yeni təfərrüatlar

İranın nüvə obyektləri belə vuruldu – Pentaqondan yeni təfərrüatlar

ABŞ Silahlı Qüvvələri İranın nüvə obyektlərinə hücumu zamanı hər birində altı “GBU-57” bunker bombasından istifadə edib. Fordo nüvə obyektinin iki əsas havalandırma şaftına zərbə endirib”.

Globalinfo.az xəbər verir ki, bunu Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Pentaqonda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bütün mərmilər hədəflərinə çatıb:

İran hücumun qarşısını almaq üçün zərbədən bir neçə gün əvvəl silosları, yəni yeraltı raket/hava müdafiə qurğularını betonla örtərək qorumağa çalışıb. Amma ABŞ iki əsas havalandırma silosunu vurmağa qərar verdi və hədəfinə çatdı. Ümumiyyətlə, bu əməliyyat 15 illik inanılmaz işin – pilotların, silah mütəxəssislərinin, onu yaradanların və təyyarələrə yükləyənlərin işinin kulminasiya nöqtəsi oldu”.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ İranda üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana hücum edib.

Əliyar Xəlil
Globalinfo.az