İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırılacaq

İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırılacaq

İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırılacaq. Buna səbəb İran hakimiyyətinin Fransanın yeddi vətəndaşını həbsdə saxlamasıdır.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna brifinqdə məlumat verib.

Bildirilib ki, rəsmi Paris İranın etirazçılara qarşı siyasəti ilə razılaşa bilməz. Həmçinin, qeyd olunub ki, fransız vətəndaşlarının həbsdə saxlanması iki ölkə arasında münasibətləri korlaya bilər.

“Təəssüf ki, Tehranın mövqeyi ilə əlaqədar mən İranın müvəqqəti işlər vəkilini çağırmalıyam. İran Fransa vətəndaşlarının saxlanmasını dayandırsaydı, əlaqələrimiz daha yaxşı olardı”, – Kolonna qeyd edib.