İranın müdafiə naziri ABŞ-ni hədələdi

İranın müdafiə naziri ABŞ-ni hədələdi

İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani Vaşinqtonun Qəzza zolağında müharibəyə son qoymadığı və atəşkəsə nail olmadığı təqdirdə, ABŞ-ni “ağır zərbə” ilə hədələyib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, general “Amerikalılara tövsiyəmiz odur ki, İsrail və Fələstin arasındakı müharibəni dərhal dayandırsınlar və həmçinin atəşkəsi təmin etsinlər. Əks halda siz ağır zərbə alacaqsınız”, – deyə bildirib.

O, ABŞ-ni HƏMAS-ın İsrailə qarşı müharibəsinə birbaşa müdaxilə etməkdə ittiham edib.