İranın ağlasığmaz planı: kəşfiyyat məlumatı yayıldı

hormuz

İran İsraillə münaqişənin gərginləşdiyi dövrdə Hörmüz boğazını minalamağa hazırlaşırdı”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

İran hərbçiləri iyun ayında Fars körfəzində gəmilərə mina yükləyib, lakin onlar heç vaxt quraşdırılmayıb. Bu minaların sonradan zərərsizləşdirilib- zərərsizləşdirildiyi məlum deyil”, – deyə bildirilib.

Mənbələr Vaşinqtonun minaların mövcudluğunu necə müəyyənləşdirdiyini açıqlamayıb.

Agentlik qeyd edib ki, bu cür kəşfiyyat məlumatları adətən peyk şəkilləri, məxfi agentlər və ya bu üsulların kombinasiyasından istifadə etməklə toplanır.

ABŞ Müdafiə Nazirliyi hələlik bu xəbəri şərh etməyib.

Əliyar Xəlil
Globalinfo.az