“İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli-Əkbər Əhmədian erməni həmkarına bildirib ki, Tehranın siyasəti geosiyasi vəziyyətdə istənilən dəyişikliyə qarşı aydın və prinsipial olaraq qalır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyinin məqaləsində qeyd olunur.
Nəşrin məlumatına görə, Əhmədian bunun bütün region dövlətlərinin maraqlarına uyğun gəldiyini deyib:
“Əhmədian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə telefon danışığı zamanı regional və ikitərəfli məsələləri müzakirə edib. Qriqoryan Azərbaycanla danışıqlar prosesindəki son hadisələri təqdim edib və Ermənistanın regional tranzit marşrutları ilə bağlı mövqeyinin dəyişməz qaldığını vurğulayıb.
Əhmədian, öz növbəsində, Ermənistanın İsrailin İrana hücumunu pisləyən mövqeyinə görə minnətdarlığını bildirib və İranın regionun geosiyasi xəritəsində istənilən dəyişikliyi ardıcıl olaraq rədd etdiyini təsdiqləyib”.
Əliyar Xəlil
Globalinfo.az














