İrandan Azərbaycanla bağlı daha bir açıqlama

Bizim qonşularla, xüsusilə Azərbaycanla münasibətdə əsas prinsipimiz qarşılıqlı hörmət və ikitərəfli münasibətlərin inkişafıdır.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.

“Son bir ildə münasibətlərimiz yüksəlişdə olub və ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində irəliləyib. Eyni zamanda təəssüf ki, münasibətlərin inkişafı ilə bağlı ümumi siyasi iradəyə zidd tendensiyalar da yaranır”, – o bildirib.

Kənani həmçinin Bakı ilə münasibətlərdə KİV-dən dostluq üçün istifadə edilməsi gərəkdiyini deyib. O, hər iki ölkənin ümumi məsələlərə diqqət yetirməli və ikitərəfli tərəfdaşlığın gücləndirilməsi üçün təməl qoymalı olduğunu söyləyib. Kənani bu istiqamətdə Azərbaycan tərəfindən bir müddət əvvəl müsbət mesajlar aldıqlarını vurğulayıb.

Qeyd edək ki, bundan öncə İranın Ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti də Azərbaycanla bağlı pozitiv mesajlar verərək, Bakı ilə münasibətlərin yaxşı olmasının zəruriliyinə eyham vurmuşdu. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə Tehrandan gələn bu açıqlamanı “nikbin mesaj” olaraq dəyərləndirmişdi.

İlkin Həsənov
Globalinfo.az