İrandan Almaniyaya uçan təyyarədə meyit aşkar edilib

İrandan Almaniyaya uçan təyyarədə meyit aşkar edilib

“Lufthansa” şirkətinin Tehrandan Frankfurta uçan təyyarəsində meyit aşkarlanıb.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, kişi meyiti texniki qulluq zamanı təyyarənin şassisində aşkar edilib. Meyitin üzərində oksigen balonu və maska da olub. Polis hadisəni araşdırır.