İranda İsrailə casusluq edən 6 nəfər saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) məlumatında deyilir.
Bildirilir ki, həyata keçirilən kəşfiyyat əmləiyyatı nəticəsində İsrailin kəşfiyyat xidmətinə bağlı olan 6 qadın Qəsr-Şirin sərhəd bölgəsində saxlanılıb.
Şübhəlilər qarşı uzun müddət müşahidə altında olub və sərhədi keçərək qonşu ölkəyə qaçmaq istəyərkən yolsuzluq avtomobili ilə birlikdə saxlanılıblar. Qadınlar sərhədin çıxış nöqtələrində – Qəsr-Şirində həbs olunublar. Onların həbsi ilə bağlı əlavə detallı məlumatın yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağı bildirilib.
Aysel Əliyeva
Globalinfo.az














