İranda hərbi obyektdə partlayış: Ölən və yaralananlar var

İranda hərbi obyektdə partlayış: Ölən və yaralananlar var

İranın paytaxtı Tehranın şərqindəki hərbi obyektlərdən birində partlayış baş verib.

Globalinfo.az “Associated Press”ə istinadən xəbər verir ki, öncə yanğın, ardınca isə partlayış olub.

Hadisə nəticəsində bir hərbçi ölüb.

Yanğının söndürülməsinə cəlb olunan briqadanın 10 üzvü isə xəsarət alıb. Onlardan altı nəfəri xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.