İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə yüksəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin valisi məlumat verib.
***
İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, 1205 yaralı var.
***
İranda limanda partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
***
İranın Bəndər-Abbas şəhərinin Şəhid Rəcai limanında yenidən yanğın başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin qubernatoru yanında fövqəladə halların idarə edilməsi şöbəsinin rəhbəri Mehrdad Həsənzadə bildirib.
“Bəzi konteynerlərdə olan bitum və kimyəvi maddələr limanın şərq hissəsində ikinci yanğına səbəb olub”, – İran rəsmisi bildirib.
Məlumata görə, içik partlayışlar hələ də baş verir və ərazidəki külək yanğınsöndürənlərin işini çətinləşdirib.
***
İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb.
***
Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
***
Şəhid Rəcai limanında baş verən partlayışda yaralananların sayı mini keçib.
Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Tibb müəssisələrində 1139 nəfər var. Onlardan bəziləri hava yolu ilə Şiraz və Luristana aparılıb”-nəşr qeyd edib.
***
İranda partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə yüksəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə hökumət rəsmiləri məlumat yayıb.
Yaralıların sayı isə 800 nəfəri ötüb.
***00:08
İranda partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə yüksəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb.
*** 00:01
Bəndər Abbasda limanda partlayış və yanğınlar səbəbilə idarələr və məktəblər bağlanıb.
Globalinfo.az xəbər verir ki, bu haqda Hormozqan əyaləti vaçiliyinin Böhran İdarəetmə Mərkəzinin rəhbəri Mehrdad Həsənzadə açıqlama verib.
*** 22:54
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində baş verən yanğın yeni konteynerlərə keçib.
Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.
***22:17
İranda partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə yüksəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yaralıların sayı isə 750 nəfərə çatıb.
Nazirlikdən verilən məlumata görə, yanğın yenidən alovlanıb.
*** 21:22
İranda fövqəladə vəziyyət rejimi elan edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, Şəhid Rəcai Limanında partlayışdan sonra havaya təhlükəli çirkli maddələrin yayılması riski yaranıb.
*** 19:48
İranda partlayış nəticəsində yaralananların sayının 700 nəfərə çatdığı bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
*** 17:01
İranda partlayış nəticəsində yaralananların sayının 561 nəfərə çatdığı bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
***15:47
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
***15:23
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 406 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
***14:56
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
Globalinfo.az bildirir ki, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.
***14:36
İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölən və xəsarət alanlar var.
Globalinfo.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.
Məlumata görə, hadisə nəticəsində altı nəfər ölüb, yarananların sayı isə 115 nəfərə çatıb.
***14:20
İranda baş verən partlayış nəticəsində yaralananların sayı 80-ə çatıb.
Globalinfo.az xəbər verir ki, hadisə yerinə 10-dan çox təcili tibbi yardım briqadası cəlb edilib.
Çox sayda avtomobilə ziyan dəyib. Ərazidə təhlükəsizlik səviyyəsi artırılıb, bölgədəki xəstəxanalara təlimat verilib. İtkilərin olacağı ehtimal edilir.
***14:14
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 47 nəfər xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib.
***13:57
Bəndər-Abbas şəhərindəki dəniz limanında baş verən güclü partlayış nəticəsində limanın bir neçə əməkdaşı xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Ərazidə yanacaq çənlərinin partladığı müəyyən edilib. Nəticədə limanın ofis binası dağılıb, əməkdaşları yaralanıb.
***13:34
İranın cənubunda yerləşən Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında güclü partlayış olub.
Globalinfo.az bildirir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Partlayış o qədər güclü olub ki, səsi yaxınlıqdakı Qəşm adasında eşidilib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.
Qeyd edək ki, partlayışın olduğu limanı İranın həyati və strateji əhəmiyyətli limanlarından biridir.
Safura Bənnayeva
Globalinfo.az













