İrana maksimum təzyiq: Trampın hədəfi nədir?

İrana maksimum təzyiq: Trampın hədəfi nədir?

ABŞ Prezidenti Donald Tramp “İrana maksimum təzyiq” kampaniyasını bərpa edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Kampaniya Tehranın nüvə silahı əldə etməsinə mane olmaq üçün neft ixracını sıfıra endirməyi hədəfləyir.

Trampın imzaladığı sənəddə İrana tətbiq olunan sanksiyaları pozanların da sanksiyalarla cəzalandırılması tələb olunur.

Bundan başqa, Dövlət Departamenti və Maliyyə Nazirliyi də İranın neft ixracını sıfıra endirmək məqsədi daşıyan kampaniyanın həyata keçirilməsi istiqamətində təlimatlandırılıb.

İran tərəfi bu qərara münasibət bildirməyib.

Əliyar Xəlil
Globalinfo.az