ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın nüvə proqramına qarşı keçirilən genişmiqyaslı əməliyyat barədə yeni açıqlama yayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Kinqsli Uilson brifinqdə danışıb.
O qeyd edib ki, bu ilin iyununda keçirilən “Gecəyarısı çəkic” əməliyyatı uğurla icra olunub.
Uilsonun sözlərinə görə, endirilən zərbələr nəticəsində İranın Fordo, Natanz və İsfahandakı yeraltı nüvə infrastrukturu tamamilə sıradan çıxarılıb:
“Əməliyyat mütləq uğur qazandı. İranın nüvə obyektləri tamamilə dağıdılıb. Ekspertlərin ilkin qiymətləndirməsinə görə, həmin obyektlərin bərpası ən azı iki il çəkəcək”.
Qeyd edilib ki, hücum ABŞ ərazisindən havaya qalxan B-2 Spirit tipli strateji gizli bombardmançı təyyarələr tərəfindən həyata keçirilib.
Tahir Turan
Globalinfo.az