Tehran ya Vaşinqtonla saziş bağlayacaq, ya da tezliklə bir şeylər baş verəcək.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“İranla elə bir vəziyyət yaranıb ki, tezliklə nə isə baş verəcək. Ümid edirəm ki, bu, sülh sazişi olacaq, amma digər variant da problemi həll edə bilər”, – ABŞ lideri bildirib.
Tramp ABŞ-ın hansı addımlar ata biləcəyini açıqlamasa da, Vaşinqtonun Tehranla münasibətlərdə hazırkı vəziyyətlə barışmayacağını qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az














