Sabah Bakıda Azərbaycan və İran hərbi komissiyalarının iclası keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, daha öncə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri ilə Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub. Bu zaman ikitərəfli müdafiə və hərbi əməkdaşlığın inkişaf etdirilməsi məsələsi müzakirə edilib.
M.Baqirinin Bakıda keçiriləcək iclasda iştirak edəcəyi deyilir.
Qeyd edək ki, iddiaya görə, Baqiri ilə yanaşı İranın müdafiə nazirinin müavini, briqada generalı Seyid Mehdi Fərhi və İran ordusunun bir qrup rütbəli şəxsi Azərbaycana gələcək.
Ayşən Mustafa
Globalinfo.az














