İranın bu səhər MOSSAD agenti kimi edam etdiyi şəxslərin fotoları yayılıb.
Globalinfo.az sözügedən fotoları təqdim edir:
***11:11
İranda İsrailin MOSSAD kəşfiyyat agentliyinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mizan” xəbər agentliyi məlumat yayıb.
“Sionist rejim üçün casusluqda günahlandırılaraq həbs edilən və mühakimə olunan şəxs bu gün səhər saatlarında edam edilib”, – deyə bildirilib.
Nəşrin məlumatına görə, məhkum İsmayıl Fekri 2023-2024-cü ilin qışında İranla bağlı məxfi məlumatları ötürdüyünə görə saxlanılıb.
Onun iki İsrail kəşfiyyatçısı ilə əlaqə saxladığı və onlardan tapşırıqlar aldığı iddia edilir.
Əliyar Xəlil
Globalinfo.az














