
“Doğru Vəd 3” əməliyyatı çərçivəsində İran silahlı qüvvələri İsrail ordusunun komanda və məlumat mərkəzini yüksək dəqiqliklə hədəfə alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran ordusunun əməliyyat üzrə nümayəndəsi məlumat yayıb.
Məlumata görə, əməliyyat kamikadze dronlar və strateji raketlərin kombinasiyası ilə həyata keçirilib. Hücum zamanı İsrail ordusunun komanda və məlumat mərkəzi bir xəstəxana yaxınlığında yerləşməsinə baxmayaraq, dəqiqliklə vurulub.
İddia olunur ki, İsrail ordusu öz hərbi bazalarını boşaldaraq raket və hava hücumundan müdafiə sistemlərini şəhərlərin mərkəzinə yerləşdirib.
İran tərəfi xəbərdarlıq edib ki, İsrail səması artıq müdafiəsizdir və heç bir yer təhlükəsiz sayılmır. Həmçinin qeyd olunub ki, İsrail rejimi artıq iqtisadi zərbələrə tab gətirəcək gücdə deyil.
***
İran İsrailin hərbi hədəflərinə 100-dən çox kamikadze dron və raketlə hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Sadiq vəd 3” əməliyyatının 15-ci mərhələsi çərçivəsində İsrailin Tel-Əviv və Hayfa şəhərlərində yerləşən hərbi obyektlərə və müdafiə sənayesinə bağlı sənaye mərkəzlərinə qarşı birgə raket və kamikadze dron hücumlarına başlayıb.
Rəsmi açıqlamada bildirilir ki, hücumun əsas hədəfi İsrailin raketdən müdafiə sistemləri olub və bu əməliyyat 100-dən çox raket və kamikadze dronlarla həyata keçirilib. İran tərəfi əməliyyatların artan intensivliklə davam edəcəyini də bəyan edib.
***
İran İsrailə kassetli bombalarla hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat İsrail hökumətinin açıqlamasında yer alıb.
Sakinlərə bu raket qalıqlarının həyati təhlükəli olması və toxunma zamanı partlaya bilər.
***18:24
İran Silahlı Qüvvələri İsrail ərazisinə yeni raket hücumu həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.
Xəbər yenilənir…
Aysel Əliyeva
Globalinfo.az